Neocortex
Charts
Tracks
Playlists
Press Mentions
Google Rankings
Overview
Not included in any known risky playlists
Monthly Listeners
Series
- Monthly Listeners
- Listeners from Playlists
- Change
Discography
Genres
Spotify has not assigned genres to this artist yet
Top Audiences
Top Listener Locations
Playlist Summary
Playlist Movement
Event | Playlist | Botted? | Position | Track | Happened at | |
|---|---|---|---|---|---|---|
Biography & Metadata
1994-cü ildə həyata gəlmiş, "Neocortex" və ya qısaca "Neo" kimi tanınan Qərib Səfərov Azərbaycanın Hip-Hop və ümumi musini sənayesinin seçilən adlarındandır. Çərçivələrə sığmayan bu sənətkarın hər yeni parçası əvvəlkindən seçilir. Yazdığı mahnıların bir-birindən kəskin şəkildə fərqlənməsinə baxmayaraq, həmişə əvəzolunmaz şəxsi dəsti-xətti və ab-havası qorunur. 2019-da Dərviş, F'Rhyme və Aintnolie ilə bir yerdə "140 Vibes" kollektivini yaradaraq muasir Azərbaycan incəsənətinin yeni dalğasına start vermiş, Azərbaycan post-modernizminin banilərindən biri olmuşdur. 2023-cü ildən başlayaraq öz fəaliyyətinə solo davam edir. Zamanını məhz öz yaradıcılığına sərf etmək imkanı yarandığından, 15 illik karyerasında “Bir-Birimiz Üçün” adlı ilk LP albomunu kütləyə təqdim edib. Albom reklam və marketinqsiz təqdim olunsa belə, eşidən kütlənin böyük marağına səbəb olub. Hətta, sənətkarın yaradıcılığını sevməyən fərdlər belə bu albomun səviyyəsindən razı qalıblar. Yaradıcılığı Hip-Hop qəliblərini qırır. Səslənmə, struktur, mövzu və dramaturgiya cəhətdən janrdakı çağdaşlarından seçilsə də flou, qafiyə, misra və pançlarını həmişə iti və janrın elit səviyyəsində saxlayır. Bu səbəbdən, sənətkar həm Hip-Hop dinləyiciləri, həm də Hip-Hopdan uzaq incəsənət sevərləri tərəfindən dinlənir. Bir çox dinləyicisindən soruşsanız, sizə deyəcəklər ki, Neoya öyrəşmək çətindir, öyrəşəndən sonra çətin olan tərgitməkdir. Dinləyicilərin Neodan cəmi bir tələbi var: Bəsdir tənbəllik etdin.
First discovered Oct 17, 2026, 11:26 AM